Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki AzInTelecom-un İdarə Heyətinin Sədrinə yeni müşavir təyin edilib.
Bu vəzifəyə Səməd Seyidov gətirilib. O, buna qədər qurumun Keyfiyyət Təminatı Departamentinin direktoru idi.
Qeyd edək ki, Səməd Seyidov Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Məhərrəm Seyidovun oğludur.