Az | EN

Bakıda icarəyə verilən skuterlərin sayı 31 faiz artıb

Cəmil Hüseynzadə
07 Yanvar 2026 13:07
59 baxış
Bakıda icarəyə verilən skuterlərin sayı 31 faiz artıb

Bakıda icarəyə verilən skuterlərin sayı artıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) 2025-ci il üzrə hesabatına əsasən, paytaxtda skuterlərin sayı ötən illə müqayisədə 31 faiz yüksəlib.

Hesabatda bildirilir ki, 2024-cü ildə Bakıda 3 873 skuter fəaliyyət göstərirdisə, 2025-ci ildə bu rəqəm 5 066-ya çatıb. Rəqəmlər paytaxtda mikromobilliyə marağın artdığını və alternativ nəqliyyat vasitələrinin daha geniş istifadə olunduğunu göstərir.

AYNA-nın məlumatına görə, skuterlərin sayındakı artım şəhərdaxili qısa məsafəli hərəkətin asanlaşdırılmasına və nəqliyyat yükünün qismən azaldılmasına töhfə verir.

© copyright 2022 | tech.az | info@tech.az