Baku Flames 2026 yaradıcılıq festivalının rəsmi proqramı elan olundu. İki günlük tədbir 15-16 may 2026-cı il tarixlərində keçiriləcək.
Bu il festival reklam, marketinq və rəqəmsal sahələrdə fəaliyyət göstərən peşəkarları bir araya gətirərək, onların həm öyrənməsi, həm də yeni əlaqələr qurması üçün imkan yaradır. Proqramda qlobal texnoloji platformaları təmsil edən mütəxəssislərin, eləcə də aparıcı beynəlxalq agentliklərin yaradıcı liderlərinin keynote sessiyaları yer alır.
Müxtəlif Formatlar, Fərqli Təcrübələr
Bu ilki proqram iştirakçılara öyrənmək və cəlb olmaq üçün müxtəlif yollar təqdim etmək məqsədilə hazırlanıb. İki gün ərzində festivalda 14 fərdi keynote sessiya, 6 panel müzakirəsi və 6 vörkşop keçiriləcək. İstər qlobal mütəxəssislərin fikirlərini dinləməyi, istər sənaye müzakirələrində iştirak etməyi, istərsə də vörkşoplarda praktik bacarıqlar qazanmağı seçin, bu proqram sizə real təcrübə qazandıracaq.
Spikerlər arasında Adam Nowakowski (Meta), Sandro Gelashvili (Google) və Julia Kushnir (TikTok) yer alır. Proqramda həmçinin Freddie Öst, Thomas Kolster, Lara Assouad və Vidya Manmohan kimi tanınmış sənaye ekspertlərinin maraqlı sessiyaları gözlənilir. Onlar praktik biliklərini bölüşəcək, sənayedəki cari tendensiyaları müzakirə edəcək və müasir rəqəmsal strategiyalarda insan yanaşmasının necə qorunacağından danışacaqlar.
İştirakçılar sessiyaların dəqiq vaxtlarını, vörkşopları və panel müzakirələrin tam siyahısını aşağıdakı link vasitəsilə nəzərdən keçirə bilərlər:
Festival Proqramı | Baku Flames 2026
Gündüz sessiyaları ilə yanaşı, festivalda iki əsas axşam tədbiri də keçiriləcək. “Açılış Gecəsi” mayın 15-də Flames Garden-da baş tutacaq və Orxan Zeynallının eksklüziv canlı çıxışı ilə müşayiət olunacaq. Festival mayın 16-da “Bağlanış Gecəsi” ilə yekunlaşacaq, burada Çingiz Mustafayev xüsusi çıxış üçün səhnəyə çıxacaq.
Bilet haqqında məlumat
Baku Flames 2026 biletləri bakuflames.az saytında satışa çıxarılıb. İştirakçılara bu ilki proqramda yer almaq və festivalın tam təcrübəsini yaşamaq üçün biletlərini əvvəlcədən almaları tövsiyə olunur.
Baku Flames Haqqında
Baku Flames Bakıda keçirilən beynəlxalq yaradıcılıq və effektivlik festivalıdır. Festival reklam, marketinq və rəqəmsal sahələrdən olan peşəkarları ideyalarını bölüşmək, qlobal ekspertlərdən öyrənmək və yeni əlaqələr qurmaq üçün bir araya gətirir. Bu ilki konsept “Human After All”dır və hər böyük ideya və texnologiyanın arxasında duran insanlara, real emosiyalara və insan bağlarına diqqət çəkir.
Ətraflı məlumat və bilet almaq üçün: bakuflames.az
