Elden Ring-in aid olduğu yayım şirkəti Bandai Namco bu yaxınlarda kiber-hücuma məruz qalması xəbərini rəsmi şəkildə təsdiqləyib və hazırda zərərin müəyyənləşdirilməsiylə məşğul olduğunu bildirib.
Həmçinin verilən açıqlamada Asiya regionlarındakı bölmələrində serverlərin sındırıldığını və kompüterlərdən müştəri məlumatlarının oğurlandığı da vurğulanıb. Bu hücum nəticəsində yaxın zamanda şirkətin çətin vəziyyətə düşəcəyi ehtimal olunur.
Hələlik dəymiş ziyanın ölçüsünü müəyyənləşdirmədiyini deyən şirkət hadisənin səbəbini araşdırmaqda davam edir. Bununla belə, Bandai Namco bu hadisədən sonra xarici təşkilatlarla işləyərək təhlükəsizliyi gücləndirməyi planlaşdırır.