Az | EN

Binance-in təsisçilərindən Yi He Co-CEO oldu

Nigar Sultanli
03 Dekabr 2025 15:07
33 baxış
Binance-in təsisçilərindən Yi He Co-CEO oldu

Şirkət qlobal mövqeyini gücləndirmək və bir milyard istifadəçiyə çatmaq hədəfinə çatmaq üçün təsisçi və əsas icraçı şəxslərdən biri olan Yi He-ni Riçard Tenqlə (Richard Teng) birlikdə -Co-CEO vəzifəsinə təyin etdiyini elan edib.

Yi He-nin bu yeni vəzifəsi Binance-in vizyonunun və istifadəçiyönümlü mədəniyyətinin formalaşmasında oynadığı rolu bir daha təsdiqləyir. Məqsəd, qlobal bazarda şirkətin mövcudluğunu genişləndirmək və istifadəçilərin ehtiyaclarına yönəlmiş innovasiyaları sürətləndirməkdir.

Bu təyinat, Riçard Tenqin Binance Blockchain Həftəsi zamanı etdiyi əsas çıxışında vurğulanıb. Teng, Yi He-nin indiyədək icraçı rəhbərlikdəki fəaliyyətini yüksək qiymətləndirərək, bu yeni rolu təbii və məntiqi irəliləyiş kimi şərh edib. O, Yi He-nin Binance-i daha da gücləndirmək, istifadəçi mərkəzli yanaşmanı qorumaq və məhsul keyfiyyətini artırmaq bacarığına tam inandığını bildirib.

Riçard Tenq, Binance-in Web3-ün inkişafına və tənzimləyici standartlara sadiqliyini təkrarlayaraq, birjanı qlobal miqyasda ən etibarlı və tənzimlənən platformaya çevirməyi hədəflədiklərini vurğulayıb.

Yi He, öz növbəsində, tənzimlənən maliyyə bazarlarında onilliklər boyu təcrübəyə malik olan Riçard Tenq ilə birlikdə bu vəzifədə fəaliyyət göstərməkdən şərəf duyduğunu bildirib. O, həmkarı ilə baxışlarının tamamlandığını və maliyyə gələcəyi üçün ortaq vizyonu paylaşdıqlarını qeyd edib.

Yeni co-CEO-ların rəhbərliyi altında Binance, qlobal varlığını məsuliyyətli şəkildə genişləndirməyə, tənzimləyici uyğunluğu gücləndirməyə və innovasiyaları təşviq etməyə hazırlaşır. Onların əsas diqqəti daha açıq və ədalətli maliyyə sistemi yaratmaq üçün Web3 infrastrukturunun qurulmasına yönələcək.

© copyright 2022 | tech.az | info@tech.az