Qlobal kriptovalyuta birjaları Aİ ölkələri və ABŞ-da fəaliyyətini fasiləsiz davam etdirmək üçün Rusiyaya embarqo qoyur. Rusiyalı istifadəçilərin iki birjadakı hesabları bloklanacaq.
BlockchainCom ötən gün istifadəçilərə kütləvi elektron məktub göndərib. Kriptovalyuta şirkəti açıqlamasında artıq Rusiya vətəndaşlarına məhdud xidmətlər göstərəcəyini bildirib. Ruslar bu birjadan yalnız bazarları araşdırmaq üçün istifadə edə biləcəklər.
İstifadəçilərə aktivlərini geri götürmələri üçün oktyabrın 27-dək vaxt verilib. Bu tarixdən etibarən Blockchain.com birjasında Rusiya hesabları bloklanacaq. Crypto.com Avropa Birliyinin 8 maddəlik sanksiya paketinə görə rusiyalı istifadəçilərin proqrama daxil olmasını əngəlləmişdi. Bu səbəbdən Crypto.com istifadəçilərə pul çıxarmaq imkanı təklif etmir