Az | EN

BluTV Azərbaycanda yayımı dayandırır

Cəmil Hüseynzadə
17 Sentyabr 2024 16:25
219 baxış
BluTV Azərbaycanda yayımı dayandırır

BluTV Azərbaycanda yayımı dayandırır. Bu barədə şirkətin rəsmi saytında məlumat yayımlanıb. Şirkət tərəfindən aşağıdakı açıqlama qeyd edilib:

"Təəssüflə bildiririk ki, BluTV xidməti və BluTV tətbiqi Azərbaycan regionu üçün 30 sentyabr 2024-cü il tarixindən etibarən bağlanacaq. Qeyd etmək istərdik ki, biz yeni üzvlükləri qəbul etmirik.

Mövcud davam edən üzvlüyünüz varsa, artıq sizdən üzvlük ödənişləri üçün ödəniş tutulmayacaq və xidmətin bitmə tarixinə görə davam edən üzvlüyünüz varsa, qalan günlər üçün ödəniş sizə qaytarılacaq (əgər varsa). Mövzu ilə bağlı hər hansı bir sualınız varsa, göstərilən e-poçt ünvanı ilə bizimlə əlaqə saxlamaqdan çəkinməyin: [email protected]

BluTV-yə verdiyiniz dəstəyə görə təşəkkür edirik.”

BluTV 2015-ci ildə Aydın Doğan Yalçındağ tərəfindən Doğan Holdinqin çətiri altında yaradılıb. Platforma daha sonra Warner Bros. Discovery tərəfindən satın alınıb.

© copyright 2022 | tech.az | info@tech.az