Az | EN

Bolt Azərbaycanda yeni “Guardian” kateqoriyasını istifadəyə verdi

Cəmil Hüseynzadə
22 Sentyabr 2025 16:29
45 baxış
Bolt Azərbaycanda yeni “Guardian” kateqoriyasını istifadəyə verdi

Bolt Azərbaycanda yeni təhlükəsizlik yönümlü “Guardian” kateqoriyasını təqdim edib. Bu xidmət çərçivəsində:

  • Xüsusi təlim keçmiş sürücülər sərnişinlərə xidmət göstərir,
  • Avtomobillərdə daxili kameralar quraşdırılıb,
  • Səfərlər real vaxtda Agentlər tərəfindən izlənir,
  • İstəyə uyğun olaraq gediş sonrası həm marşrut, həm də video görüntülərə çıxış imkanı yaradılır.

Şirkət bildirir ki, “Guardian” xüsusən valideynlər üçün övladlarının təhlükəsizliyi, gecə və ya tək səyahət edən xanımlar, yaşlı sərnişinlər və işgüzar səfərlərdə olan mütəxəssislər üçün ideal seçimdir.

Hazırda bu yeni kateqoriya yalnız Bolt-un Biznes müştəriləri üçün aktivdir.

© copyright 2022 | tech.az | info@tech.az