Az | EN

Bolt elektrikli skuter və velosiped xidmətləri üçün 150 milyon avro investisiya ayıracaq

Bənövşə Kazımova
27 Aprel 2022 13:30
237 baxış
Bolt elektrikli skuter və velosiped xidmətləri üçün 150 milyon avro investisiya ayıracaq

Bolt elektrikli skuter və velosiped xidmətlərini daha da genişləndirmək üçün sərmayə qoyacağını açıqlayıb. Bildirək ki, Bolt yanvar ayında 709 milyon dollar investisiya ilə dəyərini 8,4 milyard dollara çatdırıb. Əldə olunan məlumatlara görə, şirkət 2022-ci ildə ümumilikdə 150 ​​milyon avro investisiya yatıracaqq. Boltun ayıracağı investisiyanın əsas məqsədi şirkətin Avropada elektrikli skuter və velosiped əməliyyatlarını genişləndirmək, eyni zamanda daha təhlükəsiz istifadəçi təcrübəsini təmin etməkdir. Bildirilib ki,investisiya ilə Bolt ilin sonuna qədər 230 min skutera sahib olacağı gözlənilir. Ötən il 20 ölkədə və ümumilikdə 170-dən çox şəhərdə xidmət edən Bolt ilin sonuna kimi 250-dən çox şəhərdə xidmətə başlayacaq. Onu da qeyd etmək lazımdır ki, Bolt pandemiya dövründə sürətlə inkişaf etmişdi. Xatırladaq ki, Bolt cəmi bir il əvvəl 15 ölkədə və 60 şəhərdə xidmət göstərirdi. Bolt-un 2022-ci ildə xidmətə başlayacağı şəhərlər arasında Oslo, Riyeka, Turin və Göteborq da var.

© copyright 2022 | tech.az | info@tech.az