Bosch silisium karbid çip istehsalını artırmaq üçün TSI Semiconductors-a 1,5 milyard dollar sərmayə qoyacağını açıqlayıb.
Son dövrlərdə avtomobil sənayesində çip tədarükü problemi səbəbindən istehsalçılar çətin vəziyyətdə qalıblar. Bosch 2030-cu ilin sonuna qədər qlobal silisium karbid çip istehsalını əhəmiyyətli dərəcədə genişləndirəcəyi bildirilib.
Həmçinin planlaşdırılan investisiyanın yarımkeçirici istehsalını artırmaq üçün 9 avqust 2022-ci ildə ABŞ Prezidenti Co Bayden tərəfindən imzalanan CHIPS Aktı çərçivəsində federal maliyyə imkanlarından faydalanacağı ifadə edilib.