Az | EN

Bu gündən Azərbaycana gətirilən bütün telefonlardan 36% gömrük rüsumu alınacaq

Nail Valiyev
15 Fevral 2023 11:59
3755 baxış
Bu gündən Azərbaycana gətirilən bütün telefonlardan 36% gömrük rüsumu alınacaq

Azərbaycanda bu gündən mobil telefonlar haqqında yeni qanun qüvvəyə mindi. Artıq bu gündən şəxsi istifadə üçün gətirilən mobil cihazlara görə onun qiymətinin 36%-ni ödəməklə gömrükdə bəyan etmək lazımdır.


Bu günə qədər vətəndaşlar gətirdikləri telefonların yanlız IMEI nömrəsini qeydiyyatdan keçirirərək istifadə edə bilirdilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 1 nömrəli əlavəsinin 9-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən səfər zamanı, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya elektron) formada gömrük orqanlarında bəyan edilməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vətəndaşların nəzərinə çatdırır ki, cari ilin fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların IMEI nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaqdır. Mobil telefonların bəyan edilməsi qaydalarına dair Dövlət Gömrük Komitəsinin www.customs.gov.az internet səhifəsindən məlumat ala bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az