Az | EN

Bu il 3 milyard dollarlıq kriptovalyuta oğurlanıb

Bənövşə Kazımova
17 Oktyabr 2022 11:25
529 baxış
Bu il 3 milyard dollarlıq kriptovalyuta oğurlanıb

Kriptovalyuta dünyası tənəzzüldə olsa da, fırıldaqçılar və xakerlər kifayət qədər aktiv fəaliyyə göstərirlər.

ABŞ-da yerləşən blokçeyn analiz şirkəti Chainalysis-in son hesabatı ilə kriptovalyuta fırıldaqları nəticəsində bu il nə qədər kripto oğurlandığı məlum olub. Xakerlər təkcə bu il 3 milyard dollardan çox kriptovalyuta oğurlayıblar.

2021-ci ildə bu rəqəmin 2,1 milyard dollar civarında olduğunu nəzərə alsaq, xaker fəaliyyəti bu il rekord həddə çatıb. 3 milyard dolların ən çox hissəsi isə oktyabr ayında oğurlanıb. 15 günlük müddətdə 11 fərqli kriptolavalyuta dələduzluğu edilib və 718 milyon dollar oğurlanıb.

Chainalysis bu il indiyədək 125 kriptovalyuta fırıldağının olduğunu bildirib. Ancaq bu ayın sonunda daha çox olacağı gözlənilir. Qeyd edək ki, kriptovalyutaların qanuni fəaliyyətlə düzgün tənzimlənməməsi onu xakerlərin hədəfinə çevirir.

© copyright 2022 | tech.az | info@tech.az