Az | EN

Caucasus Ventures-in iştirakıyla Money.Industries 1,5 milyon dollar dəyərləndirmə iləinvestisiya aldı

Cəmil Hüseynzadə
27 Dekabr 2023 15:05
330 baxış
Caucasus Ventures-in iştirakıyla Money.Industries 1,5 milyon dollar dəyərləndirmə iləinvestisiya aldı

Yerli finteklərə transsərhəd xidmətlər göstərmək üçün vasitəçilik edən Money.Industries ilk investisiyasını alıb. Money.Industries tərəfindən təqdim edilən məlumata görə, startap 1,5 milyon dollar dəyərində investisiya alıb. Money.Industries-in 1,5 milyon dollar dəyərində investisiya raundunda Caucasus Ventures-lə yanaşı Sabrican Zaim və Həsən Cabbarov da iştirak ediblər. Maliyyə texnologiyası startaplarına banklara ehtiyac duymadan və qlobal bazarlara qoşulmadan beynəlxalq pul köçürmələrinə imkan verən Money.Industries Estoniyada Kutay Yalınkılıç tərəfindən təsis edilib. 

Money.Industries şirkətlərə heç bir məlumat toplanması və infrastruktur lazım olmadan  Azərbaycan, Mərkəzi Asiya, Şərqi Avropa, Türkiyə, Afrika və Yaxın Şərq kimi bazarlarda istifadəçilərə bank hesablarına, kartlarına, fiziki ödəniş nöqtələrinə, pul kisələrinə korporativ və ya fərdi ödənişlər etməyə imkan verir.

Money.Industries-in maliyyə texnologiyası şirkətlərinin qloballaşmaya və fərqli bazarlara çıxışını sürətləndirəcək hazır bir həll təklif etdiyini ifadə edən Money.Industries-in qurucusu və baş direktoru Kutay Yalınkılıç da dəyərli təkliflərinə inanan və dəsətkləyən investorlarına təşəkkürlərini bildirib.

Money.Industries olaraq təqdim etdikləri infrastrukturla yerli finteklərin qloballaşma addımlarını sürətləndirməyə diqqət yetirəcəklərini əlavə edən Yalınkılıç, bu yolla böyük şirkətlərin bütün dünyada genişlənməsinə yol açacaqlarını, eyni zamanda kiçik şirkətlərin böyük oyunçularla birlikdə hərəkət etməsi üçün zəmin yaradacaqlarını ifadə edib.

© copyright 2022 | tech.az | info@tech.az