Az | EN

ChatGPT artıq bir addımda GIF animasiyaları yarada bilir

Cəmil Hüseynzadə
05 Noyabr 2026 12:24
84 baxış
ChatGPT artıq bir addımda GIF animasiyaları yarada bilir

İstifadəçilər GIF animasiyalarını mətn təsviri və ya mövcud şəkil əsasında bir addımda yarada, daha sonra isə onları kadr-kadr redaktə edə biləcəklər.

OpenAI-nin məlumatına görə, yeni funksiya əvvəlki modellə müqayisədə şəkilləri 50% daha sürətli yarada bilən Images 2.6 modeli ilə işləyir. Modelin iki versiyası mövcuddur: GPT-Image-2.6 Sunburst və GPT-Image-2.6 Flare. Birinci versiya daha yüksək keyfiyyətli təsvirlər yaratmağa, ikinci versiya isə cəmi altı saniyəyə şəkil hazırlamağa imkan verir.

ChatGPT əvvəllər də GIF faylları yarada bilirdi, lakin bunun üçün istifadəçinin bir neçə dəfə sorğu göndərməsi tələb olunurdu. Yeni yeniləmə ilə animasiyanı bir sorğu əsasında yaratmaq mümkün olacaq.

Bunun üçün istifadəçilərə detallı şəkil təqdim etmək də lazım deyil. Sadə bir eskiz belə animasiya yaratmaq üçün kifayətdir. Generasiyadan sonra istifadəçilər çatbot daxilində animasiyanın sürətini tənzimləyə və ayrı-ayrı kadrları redaktə edə biləcəklər.

OpenAI animasiyaların maksimum uzunluğu, təsvir ölçüsü və istifadə limitləri barədə hələlik məlumat verməyib.

Yeniləmə ChatGPT və Codex-in veb versiyalarında, eləcə də masaüstü və mobil tətbiqlərində bütün istifadəçilər üçün əlçatandır.

Bundan əlavə, əvvəllər ChatGPT-də mövcud olan şəkillərin üzərində işarələmə funksiyası artıq API-yə də əlavə edilib.

© copyright 2022 | tech.az | info@tech.az