Bir müddət öncə OpenAI-ın təqdim etdiyi ChatGPT süni intellekt botu Azərbaycanda aktivləşib. Artıq ChatGPT-dən istifadə etmək üçün Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçmək mümkündür. Noyabr ayında təqdim edilən bot Azərbaycan regionu üçün dəstəklənmədiyinə görə azərbaycanlı istifadəçilər qeydiyyatdan keçə bilmirdilər.
OpenAI tərəfindən hazırlanan Chat GPT insan dilini başa düşə və təfərrüatlı şəkildə insan kimi mətn hazırlaya bilən süni intellekt çatbotunun prototipidir. İstifadəçilər süni intellektdən esse, şeir və ya skript yazmağı, hətta mətni tərcümə etməyi və ya ümumiləşdirməyi istəyə bilərlər. O, həmçinin müxtəlif mövzularda suallara cavab verə və ya kodlaşdırma problemlərini həll edə bilər. ChatGPT xüsusiyyətlərinə sual-cavab xüsusiyyəti, riyazi tənliklərin həlli, mətnlərin yaradılması, tərcümə etmək bacarığı, sazlama və həll, mətni ümumiləşdirmək bacarığı, təsnifat, təkliflər vermək bacarığı, proqram təminatının inkişafını aid edə bilərik.