Az | EN

ChatGPT səbəbilə Niderlandda cütlüyün nikahı etibarsız sayılıb

Cəmil Hüseynzadə
14 Yanvar 2026 11:08
61 baxış
ChatGPT səbəbilə Niderlandda cütlüyün nikahı etibarsız sayılıb

Niderlandda məhkəmə toy mərasimində çıxışın ChatGPT vasitəsilə hazırlanması səbəbindən bir cütlüyün nikah şəhadətnaməsini ləğv edib. Bu barədə The Independent nəşri məhkəmə qərarına istinadən xəbər verir.

Məlumata görə, toyda nikahı qeydə alan şəxs mərasim zamanı Niderlandın Mülki Məcəlləsinin tələblərinə uyğun olmayan nitq səsləndirib. Nitqdə gələcək həyat yoldaşlarının qanunvericilikdə nəzərdə tutulan “ər və arvad kimi bir-birini qəbul etməsi” və ailə öhdəliklərini vicdanla yerinə yetirməsi ilə bağlı məcburi ifadələr yer almayıb.

Mülki Məcəlləyə əsasən, bu bəyanat olmadan nikah hüquqi qüvvəyə minmir. Məhkəmə sənədlərində nitqin ChatGPT köməyi ilə yazıldığı qeyd edilsə də, cütlük bunu təkzib edərək dostlarının sadəcə mətni süni intellektə hüquqi baxımdan uyğun olub-olmadığını yoxlatdığını bildirib.

Cütlüyün toyu 2025-ci ilin aprelində baş tutub. Overeissel vilayət məhkəməsi isə 2026-cı ilin yanvarında nikahı rəsmi olaraq etibarsız elan edib.

© copyright 2022 | tech.az | info@tech.az