Çin mərkəzli texnologiya şirkəti Tencent açıq mənbəli süni intellekt sahəsində sürətlə yüksələn DeepSeek'in məşhur R1 modelini geridə qoyan yeni Hunyuan Turbo S modelini təqdim edib. Bu yeni model istifadəçi sorğularına bir saniyə içində cavab verərək rəqiblərindən sürət baxımından fərqlənir.
Hunyuan Turbo S bilik, riyaziyyat və məntiq sahələrində DeepSeek'in V3 modelinə yaxın performans nümayiş etdirir. Bu xüsusiyyətləri ilə Tencent'in yeni modeli süni intellekt bazarında diqqətləri üzərinə çəkir.
DeepSeek'in sürətli yüksəlişi Çin texnologiya bazarına olan marağı artırmış və Tencent ilə Alibaba kimi iri şirkətləri süni intellekt sahəsində yeni addımlar atmağa sövq etmişdir. Tencent'in Hunyuan Turbo S modeli sürət və effektivlik baxımından DeepSeek'in R1 modelini geridə qoyaraq bazarda rəqabəti daha da gücləndirir.