Az | EN

Çində BMW avtomobillərinin qiyməti artırılıb

Bənövşə Kazımova
02 Fevral 2023 16:07
358 baxış
Çində BMW avtomobillərinin qiyməti artırılıb

BMW daha yüksək xammal xərcləri və artan logistika xərcləri səbəbindən Çində satılan bəzi modellər üçün təklif olunan pərakəndə satış qiymətlərini artırıb.

"Shanghai Securities News"agentliyinin məlumatına görə, BMW 5 Series sedan və X5 krossoverləri də daxil olmaqla, 17 modelin qiymətləri qalxıb. Məlumata görə, krossoverlər üçün qiymət 7 000-17 000 yuan (1,037,25 - 2,519,04 dollar) artırılıb. Şirkət rəsmi açıqlamasında "BMW xammal və avtomobillərin istehsal xərclərindəki dəyişikliklərə çevik reaksiya vermək üçün məhsullarını mütəmadi olaraq nəzərdən keçirir və qiymətləri təyin edir", - deyə bildirib.

Onu da nəzərinizə çatdıraq ki, "China Merchants Bank International"ın çərşənbə axşamı açıqladığı məlumatlara görə, yanvarın ilk 29 günündə Çində BMW avtomobillərinin orta gündəlik pərakəndə satışları 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18,6%, ümumi minik avtomobillərinin satışı isə 45% azalıb.

© copyright 2022 | tech.az | info@tech.az