Az | EN

Corti səhiyyə startapı 60 milyon dollar investisiya alıb

Cəmil Hüseynzadə
20 Sentyabr 2023 16:58
271 baxış
Corti səhiyyə startapı 60 milyon dollar investisiya alıb

Süni intellekt səhiyyə dünyasında əsas qüvvə olmaqda davam edir. Onun təsiri ilə bu sahədə yeni startaplar meydana gəlir. Bu startaplardan biri də Kopenhagen mərkəzli Corti startapıdır. Startap xüsusi səhiyyə işçilərinə real vaxtda dəstək olmaq üçün hazırlanmış süni intellekt köməkçisidir.

Startap bu gün öz inkişafını sürətləndirmək üçün 60 milyon dollar investisiya alıb. 

Corti öz xidmətini səhiyyə üçün "Süni İntellekt köməkçi pilotu" kimi təsvir edir.

Startap 2018-ci ildə ChatGPT-dən çox əvvəl istifadəyə verilib. Süni intellektin gündəm olmadığı vaxtda təqdim edilən startap uğurla öz fəaliyyətini davam etdirir.

© copyright 2022 | tech.az | info@tech.az