Az | EN

Crypto.com müştərisinə səhvən külli miqdarda pul göndərib

Bənövşə Kazımova
01 Sentyabr 2022 12:09
360 baxış
Crypto.com müştərisinə səhvən külli miqdarda pul göndərib

Crypto.com Avstraliyada olduqca maraqlı hadisəylə gündəmə gəlib. Sistemdə kiçik bir yazı səhvi edən şirkət pul çəkmək istəyən müştərisinə səhvən külli miqdarda pul göndərib. Amma uzun müddət ərzində birja bu səhvi görməyib.

Keçən ilin may ayında baş verən bu hadisədə Crypto.com əməkdaşı səhvən ödəniş məbləği sahəsinə hesab nömrəsi yazıb. 100 Avstraliya dolları almalı olan müştərinin hesabına 10,5 milyon Avstraliya dolları yatırılıb. Sözügedən müştəri isə pulu geri ödəmək əvəzinə dərhal bacısı ilə paylaşdığı bank hesabına göndərib. Məlum olub ki, o, bu hesab vasitəsilə hətta beş otaqlı ev alıb. Evin 1,3 milyon Avstraliya dolları dəyərində olduğu bildirilir.

Müştərisinə səhv məbləğ ödədiyini anlayan Crypto.com artıq Avstraliyada iddia qaldırıb. Sevamanoqari Manivel adlı istifadəçiyə qarşı açılan məhkəmə iddiası nəticəsində yanlış ödənilmiş məbləğin geri qaytarılması tələb olunub. Məhkəmə həmçinin evin satılmasına və pulun faizlə Crypto.com-a ödənilməsinə qərar verib.
 

© copyright 2022 | tech.az | info@tech.az