Az | EN

CulTech İnkubasiya Proqramı-nın proqramının “Demoday” tədbiri keçiriləcək

Cəmil Hüseynzadə
15 Aprel 2024 12:03
64 baxış
CulTech İnkubasiya Proqramı-nın proqramının “Demoday” tədbiri keçiriləcək

“CulTech İnkubasiya Proqramı”-nın “Demoday” tədbiri 16 aprel 2024-cü il tarixində saat 10:00-da “CreativeHub”-da baş tutacaq. Mədəniyyət, incəsənət və texnologiyanı bir arada cəmliyən 6 yenilikçi startup, 3 aylıq iş prosesindən sonra məzun olur. Bu prosesdə onların hər biri öz MVP modellərini uğurla hazırlayıb və yekunlaşdırıb.
“Demoday” tədbirində sahibkarlar öz texnologiya məhsullarını, Azərbaycanın aparıcı startap ekosisteminin nümayəndələri və investorları qarşısında nümayiş etdirəcəklər. 
Qeyd edək ki, “CulTech İnkubasiya Proqramı”, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi və “sup.vc” şirkətinin təşkilatçılığı ilə həyata keçirilib. 
Tarix: 16.04.2024
Məkan: CreativeHub
Saat: 10:00

© copyright 2022 | tech.az | info@tech.az