Az | EN

Cüzdan funksiyalı ödəniş platformasını istifadəyə verdi.

Cəmil Hüseynzadə
06 Oktyabr 2025 10:02
318 baxış
Cüzdan funksiyalı ödəniş platformasını istifadəyə verdi.

Azərbaycanın sürətlə inkişaf etməyi qarşısına məqsəd qoyan Cüzdan MMC, bu gün yeni ödəniş xidmətləri platformasının istifadəyə verildiyini elan etdi. PayTabs Group-un qlobal bazarda bir çox mükafata layiq görülmüş ödəniş xidməti infrastrukturunun bazasında qurulmuş bu platforma, sahibkarlara və istehlakçılara daha sürətli, təhlükəsiz və rahat ödəniş əməliyyatları həyata keçirməyə imkan yaradaraq Azərbaycanın ödəniş ekosistemini dəyişməyə hazırdır. Bu başlağıcla Cüzdan, Azərbaycanda maliyyə xidmətləri ekosisteminin inkişafı missiyasında mühüm addım atmağı planlayır. İstehsalat, pərakəndə satış və istehlakçı maliyyələşməsi sahəsində güclü korporativ tərəfdaşlarını PayTabs texnologiyası ilə birləşdirən Cüzdan, ölkə üzrə rəqəmsal inklüzivlik və iqtisadi artımı dəstəkləyəcək. 

Yeni platforma vasitəsilə sahibkarlar sürətli şəkildə sistemə qoşularaq, ödənişləri təhlükəsiz qəbul edə və müştərilərinə daha çox ödəniş seçimi təqdim edə biləcəklər. Artıq ölkə üzrə aparıcı banklar vasitəsilə “ödəniş qəbulu” və “ödəniş köçürmələri” əməliyyatları canlı mühitdə icra olunur. Əməkdaşlıq çərçivəsində beynəlxalq fintex təcrübələrinə əsasən müxtəlif funksionallıqlar, imkanlar və innovativ yanaşmalar tətbiq olunması planlaşdırlır. Bu layihənin əsas tərəfdaşı olaraq PayTabs, süni intellektlə gücləndirilmiş multi-funksional platforması ilə dayanıqlığı təmin edir. Cüzdan və PayTabs birlikdə Azərbaycan bazarında ödənişlərin daha sürətli, təhlükəsiz və əlçatan olduğu bir ekosistem formalaşdırmağı planlayır. Cüzdan ödəniş xidməti platforması ilə rəqəmsal ödənişlərdə innovasiyaya üstünlük verilərək– KOB-ların böyüməsinə dəstək verən, iri müəssisələri gücləndirən və istehlakçılara müasir maliyyə xidmətlərinə daha asan çıxış imkanı yaradan həllər təqdim olunur. 

Cüzdan şirkətinin direktoru Mustafa Baltacı: " Azərbaycanın daha güclü, rəqəmsal iqtisadiyyata keçidində rol aldığımız, Cüzdan üçün qürurverici bir məqamdır. PayTabs ilə tərəfdaşlıq etməklə, ödəniş xidmətləri sahəsinin bütün əhatə dairəsində - kiçik sahibkarlardan tutmuş böyüməyi hədəfləyən sahibkarlıq subyektlərinə, iri müəssisələrə qədər bütün ölkə üzrə böyümə və maliyyə inklüzivliyini təmin edən müasir, təhlükəsiz ödəniş həlləri ilə xidmət göstərməyi planlayırıq."  

PayTabs Group-un İnkişaf Baş Direktoru Hany Soliman əlavə etdi: "Biz ölkə miqyasında istifadəyə verilən ödəniş xidmətlərinin texnologiyanı təmin etməklə Cüzdanın ödəniş səyahətini gücləndirməkdən qürur duyuruq. Bizim rolumuz etibarlı yerli tərəfdaşımıza ödəniş xidmətləri sahəsində inkişafını sürətləndirmək və Azərbaycandakı sahibkarlıq subyektlərinə və istehlakçılara dünya səviyyəli rəqəmsal ödəniş təcrübələrini təqdim etməkdir." 

PayTabs Qrupunun Baş İcraçı Direktoru və Təsisçisi Abdulaziz Al Jouf: "Bu tərəfdaşlıqla Azərbaycan rəsmi olaraq PayTabs-ın əməliyyat xəritəsinin bir hissəsinə çevrilir və şirkətin Körfəz ölkələri, Levant, Şimali Afrika və Mərkəzi Asiya üzrə hər bir rəqəmsal əməliyyata dəstək vermək  missiyasını gücləndirir. Bu tərəfdaşlıq Azərbaycanda rəqəmsal ödənişləri inkişaf etdirmək, sahəsini dəstəkləmək və MDB-də böyük iqtisadi artıma təkan vermək üçün ümumi baxışı vurğulayır." 

© copyright 2022 | tech.az | info@tech.az