Kriptovalyutanın Əfqanıstanda qadağan edildiyi bildirilir. Müəyyən bölgələrində xidmət göstərən 16 kriptovalyuta şirkətini bağlayan ölkə kriptovalyuta ticarəti ilə məşğul olanları həbs etməyə başlayıb.
Belə ki, Əfqanıstan Mərkəzi Bankı 16 kriptovalyuta birjasını bağladığını açıqlayıb. Əfqanıstanın cinayətlə mübarizə üzrə rəhbəri Sayed Şah Səadatın sözlərinə görə, kriptovalyuta çirkli pulların yuyulmasını asanlaşdırır və fırıldaqçılığa yol açır.
Bildirək ki, kriptovalyutalar əvvəllər də Çində müzakirə mövzusu olub. 2021-ci ilin sentyabrında bütün kriptovalyuta əməliyyatlarını dayandıran və şirkətləri bağlayan Çin kriptovalyuta əməliyyatlarını qanunsuz elan edib. Demək olar ki, Əfqanıstan da oxşar siyasəti həyata keçirib.