Divida Angel Club startaplara investisiya üçün yeni qəbula başlayıb. 2024-cü ildə qurulan mələk investorlar klubu Azərbaycan da daxil olmaqla region ölkələrində startaplara investisiya etməyi planlaşdırır. Yeni dalğa ilə klub MVP-si olan, dəyərləndirməsi 5 milyon manata qədər olan, toxum öncəsi və toxum (pre-seed and seed) mərhələsində olan startaplara yatırım edəcək.
Divida Angel Club 2024-cü ildə yaradılıb və o vaxtdan bəri zəngin qlobal biznes tərəfdaşları şəbəkəsini inkişaf etdirib. Biz böyük işlər görmək potensialına malik şirkətlərə erkən və transformasiya edici investisiyalar edirik. Bizim xüsusi komandamız çalışqan, uzaqgörən sahibkarlarla əməkdaşlıq etmək istəyən təcrübəli investorlardan ibarətdir.
Mürcaiət: www.divida.vc