Ölkənin "Ali lideri" Heybətullah Axundzadənin əmri ilə ölkə daxilində fiber-optik internet və Wi-Fi xidmətləri tamamilə qadağan edilib. Bu qərarın dəyişdirilməyəcəyi bildirilir və artıq Əfqanıstanın 34 əyalətindən 10-da internet xidməti tamamilə dayandırılıb.
Verilən məlumatlara görə, paytaxt Kabildən gələn hökumət nümayəndələri bu qərarla bağlı "ali liderlə" Qəndəharda danışıqlar aparsa da, heç bir nəticə əldə edə bilməyiblər. Axundzadə, yalnız dövlət qurumları və xarici diplomatik nümayəndəliklərin istifadə edə biləcəyi yeni bir internet şirkətinin yaradılması barədə göstəriş verib. Bu isə o deməkdir ki, ölkənin digər bütün vətəndaşlarının internetə çıxışı tamamilə kəsiləcək.