Formula 1-in dünya şöhrətli pilotu Luis Hamilton yarış traslarından biznes dünyasına keçid edərək öz vençur fondunu təsis edib. Yeni fond vasitəsilə Hamilton innovasiya, süni intellekt və texnoloji startaplara sərmayə yatırmağı planlaşdırır. Pilotun məqsədi, yüksək potensiala malik texnoloji layihələri dəstəkləməklə daha dayanıqlı və inklüziv innovasiya ekosistemi qurmaqdır.
Hamilton-un investisiya fəaliyyəti artıq diqqət çəkməyə başlayıb. Onun son əməkdaşlıqlarından biri 20 milyard dollar dəyərində qiymətləndirilən Perplexity AI şirkəti ilə bağlıdır. Startap Google-a rəqib kimi süni intellekt əsaslı axtarış platforması qurur və Hamilton ilə endorsement (tərəfdaşlıq) müqaviləsi imzalayıb.
Perplexity loqosu ilk dəfə 18 mayda keçirilən Emilia-Romagna Qran-Prisində Hamilton-un dəbilqəsində görünüb. Bundan əlavə, pilot son aylarda Lululemon və CFI kimi brendlərlə də əməkdaşlıqlarını genişləndirib.