Az | EN

Grammarly adını dəyişdi – “Superhuman”

Cəmil Hüseynzadə
30 Oktyabr 2025 00:36
60 baxış
Grammarly adını dəyişdi – “Superhuman”

Mətn yazmaq üçün məşhur süni intellekt servisi Grammarly bundan sonra eyni adlı məhsulu saxlayacaq, lakin şirkətin özü adını “Superhuman” olaraq dəyişib. The Verge yazır ki, şirkət indi iş mühitinə yönəlmiş Sİ agentləri platforması qurmağa fokuslanır.

Yeni brend altında Grammarly-yə əlavə olaraq Superhuman Mail, Coda və yeni təqdim olunan Superhuman Go məhsulları da yer alır. Bu xidmətlər birgə abunə paketi kimi təqdim edilir.

Superhuman Go — komanda üzvləri ilə “beyin fırtınası” aparmaq, e-poçt göndərmək, məlumat tapmaq və tapşırıqları idarə etmək üçün nəzərdə tutulan Sİ agentlər komandasıdır. Sistem Jira, Gmail, Google Drive və Google Calendar kimi proqramlarla inteqrasiya olunur.

The Verge qeyd edir ki, Superhuman Go əslində Grammarly Go-nun təkmilləşdirilmiş versiyasıdır — indi o, təkcə yazı deyil, daha geniş iş tapşırıqlarını da yerinə yetirə bilir.

2009-cu ildə yaradılan Grammarly 2025-ci ilin mayında 1 milyard dollar investisiya cəlb etmişdi. Bu vəsait məhsulun inkişafına, satış və marketinqə, həmçinin strateji satınalmalara yönəldilmişdi.

© copyright 2022 | tech.az | info@tech.az