Az | EN

249 Avro "heç bir şey" satılır

Cəmil Hüseynzadə
30 Oktyabr 2025 00:46
58 baxış
249 Avro "heç bir şey" satılır

Nothing yeni Phone (3a) Lite smartfonunu təqdim edib. Cihazın qiyməti 249 avro təşkil edir və onun ən çox müzakirə olunan xüsusiyyəti — kilid ekranında reklamların göstərilməsi funksiyasıdır.

Yeni model əslində bu ilin əvvəlində təqdim edilən CMF Phone 2 Pro smartfonunun sadələşdirilmiş versiyasıdır. Hər iki cihaz MediaTek Dimensity 7300 Pro prosessoru, 6,77 düymlük Full HD+ AMOLED ekran, 8 GB əməli yaddaş və 5000 mA·s batareya ilə təchiz olunub.

Dizayn baxımından Phone (3a) Lite fərqlənir — plastik arxa panel əvəzinə şüşə korpusa sahibdir. Həmçinin əvvəlki modellərdəki çoxsaylı Glyph işıq göstəriciləri əvəzinə bu cihazda yalnız bir LED indikator yerləşdirilib.

Qiyməti aşağı saxlamaq məqsədilə telefonda əvvəlcədən Instagram, Facebook və TikTok tətbiqləri quraşdırılıb. Şirkət ilk dəfə “Lock Glimpse” adlı funksiyanı da aktiv edib — bu funksiya kilid ekranında reklam məzmunlu şəkillər və onlayn məqalə keçidləri göstərir. İstifadəçilər istəsələr, bu funksiyanı tamamilə söndürə bilərlər.

Nothing, 3 il ərzində Android yeniləmələri və 6 il təhlükəsizlik yeniləmələri təqdim edəcəyini bildirib.

Phone (3a) Lite modeli Avropa, Böyük Britaniya, Yaxın Şərq, Şərqi və Cənub-Şərqi Asiya bazarlarında satışa çıxarılacaq. ABŞ-da satış planlaşdırılmır.

© copyright 2022 | tech.az | info@tech.az