Az | EN

Fərid Osmanov İDDA-ya sədr təyin edilib

Cəmil Hüseynzadə
16 Yanvar 2025 11:06
967 baxış
Fərid Osmanov İDDA-ya sədr təyin edilib

Ona qədər isə bu vəzifəni 2023-cü ildən etibarən İnarə Vəliyeva icra edib. 

Qeyd edək ki, Fərid Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini bitirib. Həmçinin F. Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində informasiya sistemləri və idarəetmə üzrə magistr dərəcəsi alıb.

O, 2005-ci ildən Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildən AMB-də baş direktor vəzifəsində fəaliyyətini davam etdirib.

Fərid Osmanov 2024-cü ilin avqust ayından rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, İnarə Vəliyevanın sədrliyi dövründə Agentlik yenidən qurulub,bir sıra böyük və beynəlxalq layihələr icra edilib.

© copyright 2022 | tech.az | info@tech.az