Fransa da TikTok-u hökumət cihazlardan qadağan etmək üçün addım atıb. Məsələ ilə bağlı açıqlama verən İctimai Transformasiya və Xidmət Naziri Stanislas Guerini bu məsələ ilə bağlı hətta bəyanat yayıb.
Bəyanatda "Son bir neçə həftə ərzində bir neçə Avropa və beynəlxalq tərəfdaş dövlət idarələri tərəfindən TikTok tətbiqinin endirilməsini və quraşdırılmasını məhdudlaşdırmaq və ya qadağan etmək üçün tədbirlər görüblər.", - deyə bildirilib.
Xatırladaq ki, daha əvvəl də ABŞ Nümayəndələr Palatası, Kanada hökumət cihazlarında TikTok-u qadağan edib. Həmçinin Avropa Komissiyası da cbütün işçilərdən TikTok-u iş cihazlarından silməyi tələb edib.
TikTok özəl Çin şirkəti olan ByteDance-ə məxsusdur və bu hökumətlər hesab edir ki, istifadəçi məlumatları Çin hökuməti tərəfindən saxlanıla və əldə edilə bilər. Şirkət yaxın gələcəkdə Avropada yerli istifadəçilərin məlumatlarını saxlamaq üçün çoxsaylı məlumat mərkəzləri quracağını və işlədəcəyini söyləyərək Avropa hökumətlərini sakitləşdirməyə çalışır.