Az | EN

FTC Microsoft-un Activision Blizzard-ı satın almasının qarşısını almaq üçün məhkəməyə müraciət edib

Fidan Abbaszadə
13 İyun 2023 13:36
321 baxış
FTC Microsoft-un Activision Blizzard-ı satın almasının qarşısını almaq üçün məhkəməyə müraciət edib

ABŞ Federal Ticarət Komissiyası (FTC) dünən məhkəmədən Microsoft-un Activision Blizzard-ı satın almasını müvəqqəti olaraq dayandırılmasını istəyib və hökumətin 68,7 milyard dollarlıq razılaşmaya qarşı açdığı məhkəmə işinə baxılmadan öncə müqavilənin bağlanmasını əngəlləməyə çalışıb.

İndi ABŞ hakimi Microsoft-un iki həftə ərzində müqaviləni bağlamasını əngəlləmək üçün müvəqqəti məhdudlaşdırma əmri və FTC-nin hüquqi şikayəti başa çatana qədər müqavilənin bağlanmasına mane olacaq ehtiyyat tədbiri üçün qərar verməli olacaq. Microsoft-un Böyük Britaniyadakı apellyasiya işi başladıqdan qısa müddət sonra 2 Avqustda sübut üçün məhkəmə işinə baxılacaq.

FTC və Böyük Britaniya rəsmiləri, Microsoft-un Activision oyunlarını Sony Playstation kimi rəqabət aparan platformalardan yayındıraraq müqavilənin oyun sənayesinə zərər verə biləcəyini iddia ediblər. Microsoft bu oyunları əlçatan edəcək bəzi oyun platformaları ilə 10 illik lisenziya müqavilələri bağlayıb.

© copyright 2022 | tech.az | info@tech.az