Az | EN

“Galaxy Watch 6” su və yeməyin temperaturunu ölçə biləcək

Səbinə Eyvazova
20 İyul 2023 16:11
336 baxış
“Galaxy Watch 6” su və yeməyin temperaturunu ölçə biləcək

Galaxy Watch 6 modelləri temperatur sensorunu daha funksional hala gətirəcək yeni proqram təklif edəcək. Bu funksiya həmçinin, Galaxy Watch 5 istifadəçiləri üçün də əlçatan olacaq.

Qeyd edək ki, Galaxy Watch 5 modellərində də temperatur sensoru var, lakin Samsung onu Galaxy Watch 6 modellərində daha faydalı hala gətirəcək.

Samsung bildirir ki, Galaxy Watch-un yeni temperatur proqramı ilə istifadəçilər ətrafdakı əşyaların temperaturunu ölçə biləcəklər. Misal üçün; istifadəçilər dənizə və ya hovuza girərkən suyun istiliyini və ya ümumiyyətlə, yeməyin temperaturunu və s. ölçə biləcəklər. İnfraqırmızı sensor istifadə edildiyinə görə temperaturu ölçmək üçün heç bir fiziki təmas tələb olunmur.

Thermo Check proqramı ilk olaraq iyulun 26-da təqdim olunacaq yeni Galaxy Watch 6 seriyasında olacaq, daha sonra Galaxy Watch 5 və Watch 5 Pro üçün əlçatan olacaq.

© copyright 2022 | tech.az | info@tech.az