Az | EN

Galaxy Z Fold 5-də daxili S Pen yuvası olmayacaq

Bənövşə Kazımova
23 Fevral 2023 11:34
220 baxış
Galaxy Z Fold 5-də daxili S Pen yuvası olmayacaq

Samsung şirkəti Galaxy Z Fold 5 smartfonun üzərində işlərini davam etdirir. Qatlana bilən telefonun bu ilin üçüncü rübündə təqdim ediləcəyi gözlənilir.  

Belə ki, smartfonda bir çox xüsusiyyətlərin olması ehtimalı olsa da, o, daxili S Pen yuvası ilə təchiz edilməyəcək. Buna uyğun olaraq, Samsung daxili S-Pen yuvası əvəzinə daha incə dizayna müraciət edəcək. Çox güman ki, şirkət bu qərarı ilə telefonu qalın və ya ağırlaşdırmaq istəmir. Çünki bu gün bir çox istifadəçilər qatlanan telefonların görüntüsündən şikayət edirlər. Bununla belə, bəzi istifadəçilər əvvəlki versiyalada olduğu kimi qələm dəstəyi gözlədikləri üçün bu seçimdən narazı qalıblar. 

Qeyd edək ki,  daxili S-Pen yuvası ilk dəfə 2021-ci ildə buraxılan Galaxy Z Fold 3-da istifadə edilib. Yeni cihaz Samsung Galaxy Z Fold 4-ün top modeli kimi təqdim olunacaq.

© copyright 2022 | tech.az | info@tech.az