“BakuBus”ın Gəncədə fəaliyyətə başlaması ilə şəhərdaxili avtobuslarda gedişhaqqının “CityCard” nağdsız ödəniş sistemi vasitəsilə ödəniləcəyi bildirilib.
“CityCard”lar artıq “Azərpoçt” filiallarında satışa çıxarılıb. Kartların balansını “eManat” və “MPay” terminalları, həmçinin “CityCard” mobil tətbiqi üzərindən artırmaq mümkündür.
Mobil tətbiq vasitəsilə istifadəçilər balansı yoxlaya, bilet ala, səyahət tarixçəsinə baxa, Apple Pay və Google Pay ilə sürətli ödəniş edə bilərlər. Həmçinin QR biletlərdən istifadə və istifadə olunmamış səyahətlər üçün geri ödəniş imkanı mövcuddur.
Yeni sistem Gəncə şəhərində fəaliyyət göstərən bütün avtobuslarda tətbiq olunacaq və Payriff tərəfindən dəstəklənir.