Az | EN

Google macOS üçün Gemini tətbiqini təqdim etdi

Cəmil Hüseynzadə
16 Aprel 2026 10:55
54 baxış
Google macOS üçün Gemini tətbiqini təqdim etdi

Google macOS üçün Gemini süni intellekt köməkçisinin rəsmi tətbiqini istifadəyə verib. Şirkət bu barədə öz bloqunda məlumat yayıb. Tətbiq bütün Gemini istifadəçiləri üçün pulsuz təqdim olunur və macOS 15 və daha yeni versiyaları dəstəkləyir.

Yeni tətbiq istifadə rahatlığını artırmaq üçün klaviatura qısayolları ilə təchiz edilib. Belə ki, Option + Space kombinasiyası “mini-çat” pəncərəsini, Option + Shift + Space isə tam funksional çat rejimini açır. İstifadəçilər bu qısayolları ayarlardan dəyişə bilirlər.

Gemini tətbiqinin diqqətçəkən yeniliklərindən biri ekranı “görmək” funksiyasıdır. İstifadəçi ekran görüntüsünü paylaşaraq, məsələn, diaqram üzərində əsas nəticələr barədə süni intellektdən izah ala bilər.

Bundan əlavə, tətbiq Nano Banana vasitəsilə şəkil generasiyasını, Veo ilə video yaradılmasını və digər tanış funksiyaları dəstəkləyir. Sundar Pichai bildirib ki, gələcəkdə bu imkanların sayı daha da artırılacaq.

Xatırladaq ki, 2026-cı ilin yanvarında Apple şirkəti yenilənmiş Siri köməkçisinin Gemini əsasında işləyəcəyini təsdiqləmişdi. 9To5Mac portalının məlumatına görə, bu yeniləmənin iOS 27 və macOS 27 versiyalarında təqdim olunacağı gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az