Az | EN

“İnnovasiyalar Mərkəzi” ilə “Uğur Sağlık” arasında memorandum imzalandı

Cəmil Hüseynzadə
16 Aprel 2026 11:41
48 baxış
“İnnovasiyalar Mərkəzi” ilə “Uğur Sağlık” arasında memorandum imzalandı

“ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi” və “Uğur Sağlık Teknolojileri Azərbaycan” arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə “Uğur Sağlık Teknolojileri Azərbaycan” MMC-si arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və “Uğur Sağlık Teknolojileri Azərbaycan” MMC-nin direktoru Yurdanur Murzoğlu imzalayıblar.

Tərəflər Memorandumda ASAN AI Hub platforması çərçivəsində süni intellekt əsaslı həllərin inkişafı, mobil sağlamlıq texnologiyalarının genişləndirilməsi, təlim, eləcə də sosial innovasiyalar istiqamətləri üzrə tədqiqat, səmərəli və davamlı əməkdaşlığın qurulmasını əsas məqsəd kimi müəyyən ediblər.

Memorandum tərəflərin birgə fəaliyyətə dair niyyətini ifadə edir və innovasiya ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az