Az | EN

Google Pixel Watch 2-nin xüsusiyyətləri sızdırılıb

Səbinə Eyvazova
04 Oktyabr 2023 12:38
254 baxış
Google Pixel Watch 2-nin xüsusiyyətləri sızdırılıb

Google-un tezliklə təqdim edəcəyi Pixel Watch 2-nin təfərrüatları sızdırılıb. Kamila Wojciechowska-nın yazısına görə smart saat 72 dəqiqəyə tam doldurulacaq və 24 saat istifadə müddəti təqdim edəcək. İdman və sağlamlıq izləmə xüsusiyyətləri ilə seçilən saat həmçinin məşqləri avtomatik izləyə biləcək.

Model mavi, qara, boz və ağ rəng seçimlərində olacaq və Qualcomm Snapdragon W5+ Gen 1 prosessoruna sahib olacaq. 2 GB RAM və 32 GB yaddaş tutumu ilə təchiz edilmiş məhsulun gözlənilən qiyməti Wi-Fi üçün 399 avro, 4G üçün isə 449 avro olaraq göstərilib.

 

Qısaca Pixel Watch 2-nin xüsusiyyətləri bunlardır:
- Ekran: 1,2 düym AMOLED, 384x384 piksel, 1000 nits parlaqlıq.
- Prosessor: Qualcomm Snapdragon W5+ Gen 1.
- RAM və Yaddaş: 2 GB RAM, 32 GB yaddaş.
- Batareya: 306 mAh, simsiz doldurma.
- Əməliyyat sistemi: Android Wear OS 4.
- Qoşulma: LTE, Wi-Fi, Bluetooth 5.3, GPS, NFC, eSIM.
- Digər Xüsusiyyətlər: Qan oksigeninin və ürək dərəcəsinin monitorinqi, IP68 suya davamlılıq.

© copyright 2022 | tech.az | info@tech.az