Samsung, Huawei və Motorola şirrkətlərindən sonra Google da qatlana bilən telefon bazarına daxil olmaq istəyir. Hətta Google Pixel Fold adlı telefonun bu il təqdim ediləcəyi bildirilir. Keçən günlərdə Pixel 7 seriyasını təqdim edən Google qatlana bilən telefon haqqında heç bir məlumat paylaşmayıb.
Amma bəzi analitiklər Google Pixel Fold-un yaxın vaxtlarda təqdimatının keçiriləcəyini düşünürlər.
Mənbələrə görə, telefon ilk olaraq 2023-cü ilin birinci rübündə satışa çıxarılacaq. Hal-hazırda Samsung qatlanan telefon bazarında üstünlük təşkil edir, buna görə də Google-un Samsung ilə rəqabət aparmaq üçün daha yaxşı və ya daha ucuz məhsul təqdim edəcəyi gözlənilir. Son olaraq qeyd edək ki, bütün bu iddialar hələ də Google tərəfindən rəsmi olaraq təsdiqlənməyib.