Az | EN

GTA VI baza PS5-də necə işləyir? İlk təəssüratlar açıqlandı

Cəmil Hüseynzadə
19 Noyabr 2026 12:38
113 baxış
GTA VI baza PS5-də necə işləyir? İlk təəssüratlar açıqlandı

“Kod.ru” nəşrinin müəllifi Denis Qur­yanov “GTA VI”nı standart PlayStation 5 konsolunda bir neçə saat sınaqdan keçirərək ilk təəssüratlarını bölüşüb. Onun fikrincə, oyun qrafika və detallarla zəngin açıq dünya baxımından gözləntiləri doğruldur.

Müəllif xüsusilə şəhərin canlılığını, ətraf mühitin detallarını, işıqlandırmanı, su və hava effektlərini, eləcə də personajların animasiyalarını yüksək qiymətləndirib. Bununla belə, bəzi uzaq obyektlərdə görüntünün bulanıqlaşdığını və kölgələrdə çatışmazlıqlar olduğunu qeyd edib.

Standart PS5-də oyun 30 FPS ilə işləyir və ayrıca performans rejimi yoxdur. Mürəkkəb səhnələrdə kadr tezliyinin təxminən 25 FPS-ə, bəzən isə daha aşağı düşdüyü bildirilir. Buna baxmayaraq, müəllif şəhərdə hərəkət zamanı oyunun əsasən stabil qaldığını yazır.

İlk saatlarda Lucia və Jason adlı iki əsas personajla tanışlıq, avtomobil oğurluğu, polis təqibindən yayınma, atışma və müxtəlif yan fəaliyyətlər diqqət çəkir. Yeni mexanikalar arasında avtomobil oğurluğunun daha mürəkkəb olması və polisin şübhəliləri geyim və avtomobil kimi əlamətlərə görə tanıması var.

Müəllif yekunda texniki məhdudiyyətlərə baxmayaraq, “GTA VI”nın alışa dəyər olduğunu bildirir. Onun fikrincə, oyunun kompüter versiyasını gözləməkdənsə, konsolda oynamağa başlamaq daha məqsədəuyğundur.

© copyright 2022 | tech.az | info@tech.az