GTA VI-ni PC-də işə salmaq üçün yaradılan ən populyar layihə olan Leonida-nın müəllifi layihədən ayrıldığını açıqlayıb. Layihənin GitHub repozitoriyası və Discord serveri də artıq əlçatan deyil.
ItsNotRexed təxəllüsü ilə tanınan proqramçının hazırladığı Leonida layihəsi statik rekompilyasiya üsulundan istifadə edirdi. Layihə GTA VI-nin Xbox Series üçün sızdırılmış versiyasının kodunu konsol emulyasiyasına ehtiyac olmadan birbaşa Windows-da işləyə bilən proqrama çevirməyi hədəfləyirdi.
Leonida bir neçə gün ərzində GitHub-da 34 mindən çox ulduz toplamış, Discord serverinin iştirakçılarının sayı isə təxminən 179 minə çatmışdı.
Noyabrın 24-də Moskva vaxtı ilə gecə saatlarında layihənin Discord serveri yoxa çıxıb. Qısa müddət sonra GitHub repozitoriyası da əlçatmaz olub və hazırda onun ünvanına daxil olduqda 404 xətası göstərilir.
Təxminən həmin vaxt ItsNotRexed X sosial şəbəkəsində layihədən ayrıldığını elan edib.
