Honor giriş səviyyəli modellərdə tez-tez görülən Snapdragon 480 Plus prosessoruna yeni modelində yer verəcək. 8nm texnologiyası ilə istehsal edilən prosessor 2,2 GHz tezliyində işləyən 2 nüvəyə və 1,8 GHz takt tezlikli 6 nüvəyə malikdir. Prosessorun qrafik interfeys tərəfində Qualcomm Adreno 619 mövcuddur.
Qeyd edək ki, Honor X6 5G modeli 6,5 düymlük HD Plus displeyi ilə təqdim olunacaq. Həmçinin, cihazda LTPS paneli olacaq.
Sızdırılan məlumata görə, yeni modeldə 4 GB RAM və 128 GB yaddaş olacaq. Cihaz Android 12 əsaslı MagicUI 6.1 interfeysinə sahib olacaq.
Üçlü kameraya sahib olduğu bildirilən modelin 50 Meqapiksellik f/1.8 əsas kamerası, 2 Meqapiksellik dərinlik sensoru və 2 Meqapiksellik makro kamerası var. Selfie kamerası 8 meqapiksel f/2.0 obyektivinə malikdir.
Cihazın ölçüləri 63,66 mm × 75,13 × 8,68 mm və çəkisi 194 qram olacaq. Bununla belə, 22,5 Vt sürətli şarj texnologiyası ilə 5000 mAh batareya olacaq.
Məlumat üçün bildirək ki, Honor-un 200 dollar qiymətlə yeni modelini təqdim edəcəyi gözlənilir.