Az | EN

HP süni intellekt çipi "Humane"ni 116 milyon dollara aldı

Nigar Sultanli
19 Fevral 2025 12:35
108 baxış
HP süni intellekt çipi "Humane"ni 116 milyon dollara aldı

Humane şirkəti 116 milyon dollar qarşılığında əksər aktivlərini HP-yə satdığını açıqlayıb. Bu, 2025-ci ilin fevralın 18-də baş verib. Humane AI Pin adlanan 499 dollar qiymətindəki cihazlarının satışını dərhal dayandırır və 28 fevralda cihazların fəaliyyətini tamamilə dayandıracaq. Artıq bu cihazları almış istifadəçilər, bu tarixdən sonra cihazların işə yaramayacağını və Humane serverlərinə qoşula bilməyəcəyini bildirilir. Cihazlar zəng etmək, mesaj göndərmək, AI suallarına cavab almaq və bulud xidmətlərinə qoşulmaq kimi funksiyaları yerinə yetirə bilməyəcək. Humane AI Pin istifadəçilərini vacib məlumatlarını başqa cihazlara köçürməyə çağırır.

Şirkət fevralın 28-də müştəri dəstək xidmətini dayandıracaq. Əgər müştərilər son 90 gün ərzində AI Pin alıblarsa, geri ödəmə alacaq, amma daha əvvəl alınan cihazlar üçün geri ödəmə olmayacaq.

Humane 2024-cü ilin aprelində AI Pin adlı cihazını təqdim edərək böyük maraq yaratmışdı. Bu cihaz telefon əvəzi kimi təqdim olunmuşdu və Bay Area-da fəaliyyət göstərən bu startap 230 milyon dolların üzərində maliyyə toplamışdı. Lakin, AI Pin bazarda uğur qazana bilmədi və müştərilərdən mənfi rəylər aldı.

HP, Humane-in mühəndislərini və məhsul rəhbərlərini alaraq HP IQ adlı yeni bir qrup yaradacaq. Bu qrup HP məhsulları və xidmətləri üçün ağıllı ekosistem qurmaq məqsədilə AI yenilikləri üzərində işləyəcək. HP həmçinin Humane-in CosmOS adlı AI əməliyyat sistemini də alacaq. Bu əməliyyat sistemi, avtomobilin əyləncə sistemində, ağıllı səsli cihazlarda, televizorlarda və Android telefonlarda işləyən bir texnologiya kimi təqdim olunmuşdu. Bu texnologiya, HP-nin şəxsi kompüterləri və printerləri ilə inteqrasiya edilə bilər.

© copyright 2022 | tech.az | info@tech.az