ABŞ sanksiyaları Çində yerləşən texnologiya nəhənglərinə, xüsusən, Huawei-ə təsir etməkdə davam edir.
Xiaomi şirkətinin baş direktoru Lu Vaybinq Huawei-in smartfon bazarında itirdiyi istifadəçilərin sayını paylaşıb. Lu Vaybinq açıqlamasında şirkətin sanksiyalara görə 80 milyona yaxın müştərisini itirdiyini bildirib.
Açıqlamada həmçinin Huawei-in itirdiyi 80 milyon istifadəçidən 50 milyonunun Xiaomi-yə keçdiyi vurğulanıb. Bununla belə, direktor qeyd edib ki, qalan 20 milyon istifadəçi Apple-a, 10 milyon istifadəçi isə keçmiş Huawei şirkəti olan Honor-a keçib. Bu da onu göstərir ki, markanın telefon bazarındakı boşluğu rəqib istehsalçılara fayda verməyə davam edir.
Xatırladaq ki, Huawei bir vaxtlar dünyanın ikinci ən böyük smartfon istehsalçısı olub. Lakin ABŞ-ın sanksiyalarından sonra kritik bir dönəmə girib. Sanksiyalar nəticəsində əsas çip tədarükçüsü olan TSMC və ABŞ-dakı baş ofisi texnologiyalara əlçatanlığı itirən şirkət smartfon bazarında böyük zərbə alıb.