İlon Mask ABŞ-ın Texas ştatı yaxınlığındakı ərazidə öz şəhərini qurmağı planlaşdırır.
Mask ABŞ-ın Texas ştatı yaxınlığındakı ərazidə şəhər quracaq və işçilər burada qalacaq. Wall Street Journal (WSJ) tərəfindən dərc edilən xəbərə görə, sözügedən şəhər Ostin əyalət şəhəri yaxınlığında yerləşən Bastrop qraflığında tikiləcək.
Şəhərin Maskın şirkətlərində çalışanlara bazardan aşağı kirayə haqqı ilə yeni evlərə köçməsinə icazə verdiyi deyilir.
Texas qanunlarına görə, bir rayonun şəhər sayılması üçün ərizə verilməzdən əvvəl həmin rayonda ən azı 201 nəfər yaşamalıdır. Bu prosesdən sonra rayon hakimindən razılıq alınır. Mövzu ilə bağlı Bastrop qraflığından bir səlahiyyətlinin verdiyi açıqlamada qeyd olunub ki, Maskdan və ya onun sahibi olduğu hər hansısa bir şirkətdən hələlik heç bir müraciət daxil olmayıb.