Az | EN

İlon Mask haqqında sənədli film çəkilir

Bənövşə Kazımova
09 Mart 2023 15:20
342 baxış
İlon Mask haqqında sənədli film çəkilir

Tanınmış rejissor, Oskar müküfatı laureatı Aleks Qibni məşhur milyarder İlon Maskın həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkəcək .
 
Bu barədə "Deadline" məlumat yayıb. Rejissor bir müddətdir ki, layihə üzərində işlədiyini qeyd edib, lakin heç bir təfərrüat paylaşmayıb. “Bir müddətdir ki, bu layihə üzərində işləyirəm. Çox həyəcanlıyam!"-, deyə o, qeyd edib.

Vurğulayaq ki, Qibni ABŞ-ın işgəncə ilə bağlı siyasətindən bəhs edən “Qaranlıq tərəfdəki taksi” filmi Ən Yaxşı Sənədli Film nominasiyasında Akademiya Mükafatını qazanıb. O, həmçinin “Stiv Cobs”, casusluq və hakerlər haqqında “Zero Days” kimi layihələri lentə alıb.
 

© copyright 2022 | tech.az | info@tech.az