Az | EN

İlon Mask ötən həftə 14,5 milyard dollar itirib

Bənövşə Kazımova
10 Aprel 2023 13:31
355 baxış
İlon Mask ötən həftə 14,5 milyard dollar itirib

Məşhur iş adamı İlon Mask bir həftə ərzində 14,5 milyard dollar itirib. Bu barədə Forbes xəbər agentliyi məlumat yayıb.

Verilən məlumatlarda bildirilir ki, investorların şirkətin gəlirliliyi ilə bağlı qorxuları səbəbindən Tesla-nın səhmləri ucuzlaşdıqdan sonra milyarderin sərvəti 187,9 milyard dollara düşüb. Mask ABŞ-ın ən varlı iş adamı və dünyanın ikinci ən varlı adamı olaraq qalır. Nəşrin açıqlamasına görə, bu, planetin bütün ən varlı adamları arasında sərvətində ən böyük həftəlik azalmadır.

Maskın sərvəti həftə ərzində ucuzlaşan Tesla səhmlərinin 10,8% ucuzlaşması nəticəsində azalıb. Avtokonsernin son rüblük hesabatı investorların xoşuna gəlməyib, ona görə şirkətin anbarlarındakı avtomobillərin sayı bu ilin əvvəlində pik həddə çatıb. Bu, əvvəllər öz məhsullarına heç vaxt aşağı tələbatla üzləşməyən avtomobil istehsalçısı üçün qeyri-standart vəziyyətdir.

© copyright 2022 | tech.az | info@tech.az