Az | EN

İlon Mask Twitter-də ən çox izləyicisi olan şəxs oldu

Bənövşə Kazımova
31 Mart 2023 16:40
490 baxış
İlon Mask Twitter-də ən çox izləyicisi olan şəxs oldu

Milyarder iş adamı İlon Mask yeni rekorda imza atıb. O, ABŞ-ın keçmiş prezidenti Barak Obamanı geridə qoyaraq platformanın ən çox izlənilən şəxs olub.

Davamlı paylaşımlar edən və gündə orta hesabla 100 min izləyici qazanan İlon Maskın artıq nadir hallarda paylaşım edən Obamanı ötəcəyi gözlənilirdi.

Hal-hazırda İlon Maskın 133,1 milyon izləyicisi var. İkinci yerə düşən Obamanın izləyicilərinin sayı isə 133 milyondur. Siyahıda 3-cü yerdə 113 milyondan çox izləyicisi olan Castin Biberdir. Sonra Keti Perri, Rihanna və Kristiano Ronaldo gəlir.

Bu 4 şəxsin izləyicilərinin sayı 100 milyondan çoxdur.

© copyright 2022 | tech.az | info@tech.az