İlon Maskın Twitter-ə yeni CEO təyin etdiyi bildirilib. Belə ki, Mask şirkətə qadın baş direktor təyin edib.
ABŞ-da filmlər və kitablar yazmaqla yanaşı, jurnalist kimi fəaliyyət göstərən Bess Kalb Twitter-in yeni baş direktoru olub. Bu barədə Twitter hesabından açıqlama verən Kalb çox sevindiyini və hələ də böyük bir təəccüb içində olduğunu bildirib. Mask da bundan sonra sadəcə proqram təminatı və server komandalarını idarə edəcəyini qeyd edib.
Əlavə edək ki, Bess Kalb həm də Jimmy Kimmel Live üçün Amerika Emmy Mükafatına namizəd olan yazıçısı, televiziya şousu və The New Yorker jurnalının jurnalistidir.