Az | EN

İlon Mask xAI-təqdim edib

Cəmil Hüseynzadə
13 İyul 2023 10:12
409 baxış
İlon Mask xAI-təqdim edib

İlon Mask xAI-təqdim edib. İnternet saytında verilən məlumata görə, onun məqsədi “kainatın əsl mahiyyətini anlamaq”dır. 

Həmişəki kimi, yeni şirkətə də Mask rəhbərlik edir. xAI-ın komandasına həmçinin DeepMind (Alphabet-ə məxsus), OpenAI, Google Research, Microsoft Research, Twitter və Tesla şirkətlərindən olan insanlar daxildir - məsələn, keçmiş DeepMind əməkdaşı İqor Babuşkin. Onların üzərində işlədikləri layihələr arasında DeepMind-in AlphaCode neyron şəbəkəsi və OpenAI-nin GPT-3.5 və GPT-4 layihələri var. Həmçinin, xAI yeni işçilərin işə qəbulu elan edib.

xAI işçilərindən biri, 2023-cü ilin martında “geniş miqyaslı süni intellekt təcrübələrini” dayandırmağa çağıran açıq məktubla çıxış edən Süni İntellekt Təhlükəsizliyi Mərkəzinin icraçı direktoru Den Hendricksdir.

Sayt qeyd edir ki, şirkət X Corp ilə əlaqəli deyil (buraya Twitter daxildir), lakin sosial şəbəkə ilə "yaxın" işləyəcək.

İlon Mask OpenAI-nin həmtəsisçilərindən biri idi, lakin 2018-ci ildə, ehtimal ki, “gələcəkdə mümkün maraqlar toqquşması” səbəbindən şirkəti tərk etmişdi.

© copyright 2022 | tech.az | info@tech.az