İlon Maskın xAI süni intellekt şirkəti 10 milyard dollar investisiya almaq üçün potensial investorlarla görüşür. Məşhur investorlar arasında olan Andreessen Horowitz, Sequoia Capital və Valor Equity Partners şirkətinin xAI-yə investisiya etməyə maraq göstərə bilər.
xAI 2024-cü ilin may və dekabr aylarında ümumilikdə 12 milyard dollar investisiya alıb. Şirkətin sonuncu investisiya turunun dəqiqləşdirilmiş dəyəri açıqlanmasa da, PitchBook-un məlumatlarına görə, şirkətin indiki dəyəri 51 milyard dollar civarındadır.
xAI süni intellekt modellərini ilk dəfə olaraq İlon Maskın sahibi olduğu X sosial media platformasında təqdim etməyə başlamışdı. Daha sonra şirkət öz müstəqil platformasında da bu xidmətləri təqdim etməyə başladı. xAI-nın chatbot-u olan Grok-a istifadəçilər öz veb saytı vasitəsilə daxil ola bilərlər.
Bu gün 17 fevral 2025-ci ildə, Grok-un yeni versiyası olan Grok 3 təqdim ediləcək. İlon Mask yeni botu barədə "digər süni intellekt botlarını geridə qoyur" deyə bildirib.
xAI-nın hazırkı investorları arasında isə tanınmış şirkətlər var. Bu investorlar arasında Andreessen Horowitz, Fidelity Investments, BlackRock, Lightspeed Venture Partners, MGX, Nvidia, AMD Ventures, Morgan Stanley, Sequoia və Qətər Yatırım Otoritesi kimi adlar yer alır.